Nizamnamədə və dövlət reyestrindən çıxarışda hüquqi varislik qeyd olunur.

Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.

Qoşulma şəklində yenidən təşkil halı istisna olmaqla, hüquqi şəxs yeni yaranan hüquqi şəxslərin dövlət qeydiyyatına alındığı andan yenidən təşkil edilmiş sayılır. Qeyri-kommersiya qurumunun hüquqi ünvanı qeydiyyat orqanının səlahiyyət dairəsindən kənarda olan başqa bir inzibati-ərazi vahidinə dəyişdikdə, həmin qurum bu faktın dövlət qeydiyyatına alınması üçün yeni ünvan üzrə inzibati ərazidə fəaliyyət göstərən qeydiyyat orqanına müraciət etməlidir.