Seçki məntəqələrinin 50-60 faizindən səsvermə ilə bağlı nəticələr Mərkəzi Seçki Komissiyasının monitorunda öz əksini tapdıqdan sonra artıq ilkin mənzərə aydınlaşacaq.

Heftelik.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK sədri seçkinin ilkin nəticələrini saat 21.00-da açıqlamağı gözlədiklərini bildirib.

Qeyd edək ki, prezident seçkilərində 7 namizəd mübarizə aparacaq:
– Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;
– Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;
– Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;
– Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
– Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;
– Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;
– Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.