Ləğv edilmiş və dövlət reyestrindən çıxarılmış qeyri-kommersiya qurumunun ləğvetmə ilə bağlı sənədlərinə dair mündəricat tərtib edilir, onun dövlət reyestrindən çıxarılması barədə müvafiq məktub və möhürlərin məhv edilməsi barədə akt əlavə edilərək ardıcıllıqla tikilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.

Sənədlər tikildikdən sonra arxivə təhvil verilir. Qeyri-kommersiya qurumlarının şəhadətnaməsi və nizamnaməsində (və ya əsasnaməsində) qeydiyyat rekvizitlərini təsdiq edən imza və möhürün üstündən diyircəkli qələmlə xətt çəkilir.