Bu qaydalar iynəyarpaqlılara aid meşə materiallarına, o cümlədən küknar (Picea), sidr (Cedrus), sərv (Cupressus), qara şam (Larix), ardıc (Juniperus), ağ şam (Abies), yalançı tsuqa (Pseudotsuga), tuya (Thuja), adi şam (Pinus) və Tsuqa (Tsuga) cinslərinə şamil edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasına idxal olunan və Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallara dair fitosanitar norma və qaydalar”ında əksini tapıb.
İynəyarpaqlı bitki növlərinə aid meşə materialları Yaponiya şam uzunbığ böcəyi (Monochamus alternatus), Karolina uzunbığ böcəyi (Monochamus carolinensis), kiçik küknar uzunbığ böcəyi (Monochamus sutor), böyük küknar qabıqyeyəni (Dendroctonus micans), ağ şam poliqrafı (Polygraphus proximus), qabıqyeyənlər (Ips spp.), qərb qarabaşlı yarpaqbükəni (Acleris gloverana), şam toxum taxtabiti (Leptoglossus occidentalis), iynəyarpaqlıların qəhvəyi ləkəliliyi (Mycosphaerella dearnessii) və şam gövdə nematodundan (Bursaphelenchus xylophilus) azad olmalıdır.
Taxta materialları qabıqsız olmalı və üzərində Monochamus spp.-nin sürfələrinin əmələ gətirdiyi 3 mm-dən böyük dəliklər olmamalıdır.