Beynəlxalq təşkilatın prosessual hüquq və fəaliyyət qabiliyyətinin necə müəyyənləşdiy açıqlanıb.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki-Prosessual Məcəllədə əksini tapıb.
Beynəlxalq təşkilatın prosessual hüquq və fəaliyyət qabiliyyəti bu təşkilatın yaradılması üçün əsas olmuş beynəlxalq müqavilə, onun təsis sənədləri və ya Azərbaycan Respublikasının səlahiyyətli dövlət orqanı ilə bağlanmış sazişlə müəyyən edilir.