Rayon (şəhər) qeydiyyat şöbələri qeyri-kommersiya qurumlarının qeydiyyatı barədə Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinə müəyyən edilmiş formada yarımillik və illik hesabatlar təqdim edirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
Rayon (şəhər) qeydiyyat şöbələri qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatı ilə bağlı ödənilmiş dövlət rüsumu barədə müvafiq vergi orqanına və Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinə müəyyən edilmiş formada yarımillik və illik hesabat verirlər.