“Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” qanun ilə müəyyən olunmuş qaydada fövqəladə vəziyyət rejiminin müddəti bitənədək fəaliyyəti dayandırılmış siyasi partiyanın fəaliyyətinin bərpa edilmiş hesab olunması barədə məlumat Ədliyyə Nazirliyi tərəfindən fövqəladə vəziyyət rejiminin müddətinin bitdiyi gündən növbəti gün ərzində dövlət reyestrinə daxil edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
Qurumun fəaliyyətinin bərpa edilməsi barədə məlumatda fəaliyyətinin bərpa edildiyi tarix və bərpa edilməsinin hüquqi əsasları göstərilməlidir.