Astarada 6 yaşlı uşaq ölüb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Astara rayonunun Maşxan kənd sakini, 2018-ci il təvəllüdlü Y.Ə. qızılca xəstəliyindən ölüb.
Astara rayon mərkəzi xəstəxanasında azyaşlıya qızılca diaqnozu qoyulub.
Azyaşlı xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.