Dövlət reyestrindən çıxarılmış qurumun qeydiyyat nömrəsi silinmir və digər qeyri-kommersiya qurumuna verilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
Xarici hüquqi şəxslərin nümayəndəliklərinin və ya filiallarının ləğv edilməsi zamanı hüquqi şəxslərin ləğvi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalar tətbiq edilir.