İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırmış vergi ödəyicisi olan qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri, siyasi partiyalar, habelə Maliyyə Nazirliyindən təqdim etdikləri maliyyə hesabatlarına əsasən fəaliyyətini dayandırmış və bərpa etmiş qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri barədə məlumatlar daxil olduqda, həmin məlumatlar göstərilən orqanlara istinad etməklə 3 gün müddətində qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.