Qeydiyyat aparıldıqdan sonra dəyişiklik və ya əlavələri əks etdirən sənədin bir nüsxəsi ərizəçiyə (təsisçiyə) verilir (göndərilir), digər nüsxəsi isə təqdim edilmiş sənədlərlə birlikdə qurumun arxiv sənədlərinə əlavə edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
Həmin materiallar arxiv sənədlərində müstəqil qrup təşkil edir və onlara dair mündəricat tərtib olunur. Bundan sonra sənədlər bu Qaydalarda nəzərdə tutulmuş qaydada tikilir.