Müştəridən məlumat daxil olduqda növbəti iş günündən gec olmayaraq istifadəçiyə həmin məlumatların yoxlanılması və nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi üçün müraciət etmək Valyuta əməliyyatları barədə vahid informasiya sistemi sahibinin (Mərkəzi Bank) vəzifələri sırsındadır.
Heftelik.az-ın məlumatına görə, bu, “Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”də əksini tapıb.
Bu vəzifələr sırasında informasiya sisteminin fəaliyyətini bu Əsasnamənin tələblərinə uyğun təşkil etmək, onun formalaşdırılmasına, aparılmasına, inteqrasiyasına, arxivləşdirilməsinə, dayanıqlı və etibarlı fəaliyyətinin təmin edilməsinə nəzarət etmək və informasiya sisteminin fəaliyyətinin dayanma hallarının qeydiyyatını və baş verən xətaların təhlillərini aparmaq da yer alıb.