Kassasiya instansiyası məhkəməsi işin baxılmasını elə müddətə təyin etməlidir ki, işdə iştirak edən şəxslərin verilmiş şikayətə dair yazılı etiraz verməyə imkanları olsun.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki-Prosessual Məcəllədə əksini tapıb.
İşdə iştirak edən şəxslər, onların nümayəndələri və vəkilləri işə şifahi və ya yazılı qaydada baxılması, işə məhkəmə iclasında baxıldığı halda iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər.