İşlənmiş ərazilərdə tikilən karkas binalar əsasən təsirə tabe və kombinə edilmiş konstruktiv sxemlər üzrə layihələndirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
I, Ik və IIk qrup işlənmiş ərazilərdə binaları layihələndirərkən metal karkaslı binalara üstünlük verilməlidir.
Müvafiq texniki-iqtisadi əsaslandırmalar olduqda karkas binaların sərt konstruktiv sxem üzrə layihələndirilməsinə yol verilir.