İynəyarpaqlı (Coniferales) ağaclara (Pinus, Thuja və Taxus cinsi bitkilərdən başqa) aid lif, yonqar və kağız istehsalı üçün nəzərdə tutulan taxta materialları üçün də 9.2-ci və 9.3-cü bəndinin tələbləri gözlənilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasına idxal olunan və Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallara dair fitosanitar norma və qaydalar”ında əksini tapıb.
İynəyarpaqlıların meşə materialları (taxta) üçün xüsusi fitosanitar tələblər cədvəl 6-da verilmişdir.
Cədvəl 6
İynəyarpaqlıların meşə materialları (taxta) üçün xüsusi fitosanitar tələblər
№ | Karantin nəzarətində olan malın növü (XİF MN üzrə kodla) | Xüsusi fitosanitar karantin tələbləri |
1 | İynəyarpaqlı ağaclar (Pinus, Thuja və Taxus cinsli bitkilərdən başqa), onların kəsilmiş budaqları, o cümlədən milad ağacları
0604 20 200 0 0604 20 400 0-dan 0604 90 910 0-dan 0604 90 990 0-dan 4401 11 000 0-dan
| Bu tələbin 9.2-ci bəndinin tələbləri gözlənilməklə böyük küknar qabıqyeyəni (Dendroctonus micans), küknar uzunbığ böcəyi (Monochamus sutor), iynəyarpaqlıların yanıqlığı (Mycosphaerella gibsonii), iynəyarpaqların qəhvəyi ləkəliyi xəstəliyi (Mycosphaerella dearnessii), ağac və kol bitkilərinin fitoftorozu (Phytophthora ramorum) və şam gövdə nematodundan (Bursaphelenchus xylophilus) azad olmalıdır. Materialların şam gövdə nematodu (Bursaphelenchus xylophilus), ağac və kol bitkilərinin fitoftorozunun (Phytophthora ramorum) rast gəlindiyi ölkələrdən idxalı zamanı fitosanitar sertifikatda aşağıdakılardan biri qeyd olunmalıdır: 1) Materiallar şam gövdə nematodu (Bursaphelenchus xylophilus), ağac və kol bitkilərinin fitoftorozundan (Phytophthora ramorum) azad zona, azad istehsal yeri və (və ya) sahəsində istehsal edilmişdir. və ya 2) “Materiallar 15 nömrəli Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartına uyğun olaraq istiliklə işlənilmiş və ya qeydiyyatdan keçmiş fumiqantla fumiqasiya edilmişdir.” |
2 | İynəyarpaqlı ağacların oduncağı (Pinus, Thuja və Taxus cinsi bitkilərdən başqa), o cümlədən qabığı soyulmuş və ya qabığı soyulmamış mişarağzı odun (ağac qablaşdırma materialları və oduncaq tullantıları istisna olmaqla), oduncaq talaşası və ya yonqarı (qabıq istisna olmaqla)
4401 11 000 0-dan 4401 21 000 0 4401 41 000 0 4401 49 000 0 4403 23 120 0 4403 23 180 0 4403 23 920 0 4403 23 980 0 4403 24 200 0 4403 24 800 0 4403 25 100 0-dan 4403 25 900 0-dan 4403 26 000 0-dan 4404 10 000 0-dan 4406 11 000 0-dan 4418 40 000 0 | Bu tələbin 9.2-ci bəndinin tələbləri gözlənilməklə şam gövdə nematodu (Bursaphelenchus xylophilus), Yaponiya şam uzunbığ böcəyi (Monochamus alternatus), Karolina uzunbığ böcəyi (Monochamus carolinensis) və kiçik küknar uzunbığ böcəyindən (Monochamus sutor) azad olmalıdır. Materialların şam gövdə nematodunun (Bursaphelenchus xylophilus) rast gəlindiyi ölkələrdən idxalı zamanı fitosanitar sertifikatda aşağıdakılardan biri qeyd olunmalıdır: 1) “Materiallar şam gövdə nematodundan (Bursaphelenchus xylophilus) azad zona, azad istehsal yeri və (və ya) sahəsində istehsal edilmişdir. və ya 2) “Materiallar 15 nömrəli Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartına uyğun olaraq istiliklə işlənilmişdir”. |
3 | İynəyarpaqlı ağacların izolə edilmiş qabığı (Pinus, Thuja və Taxus cinsi bitkilərdən başqa) 4401 49 000 0-dan | Bu tələbin 9.2-ci və 9.3-cü bəndlərinin tələbləri gözlənilməklə Materiallar istiliklə işlənməli, bu barədə fitosanitar sertifikatda müvafiq qeyd edilməlidir. |
4 | Şam (Pinus) ağacları, onların kəsilmiş budaqları, o cümlədən milad ağaclarının budaqları
0604 20 400 0 0604 90 910 0-dan 0604 90 990 0-dan 4401 11 000 0-dan | Şam gövdə nematodu (Bursaphelenchus xylophilus), Yaponiya şam uzunbığ böcəyi (Monochamus alternatus), Karolina uzunbığ böcəyi (Monochamus carolinensis), kiçik küknar uzunbığ böcəyi (Monochamus sutor) və iynəyarpaqların qəhvəyi ləkəliyi xəstəliyindən (Mycosphaerella dearnessii) azad olmalıdır. Materialların şam gövdə nematodunun (Bursaphelenchus xylophilus) rast gəlindiyi ölkələrdən idxalı zamanı fitosanitar sertifikatda aşağıdakılardan biri qeyd olunmalıdır: 1) “Materiallar şam gövdə nematodundan (Bursaphelenchus xylophilus) azad zona, azad istehsal yeri və (və ya) sahəsində istehsal edilmişdir.” və ya 2) “Materiallar 15 nömrəli Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartına uyğun olaraq istiliklə işlənilmişdir”. |
5 | Şam ağacının (Pinus) oduncağı, o cümlədən qabığı soyulmuş və ya qabığı soyulmamış mişarağızı, odun (ağac qablaşdırma materialları və oduncaq tullantıları istisna olmaqla) oduncaq talaşası və ya yonqarı (qabıq istisna olmaqla)
4401 11 000 0-dan 4401 21 000 0-dan 4401 41 000 0-dan 4403 21 120 0 4403 21 180 0 4403 21 920 0 4403 21 980 0 4403 22 200 0 4403 22 800 0 4404 10 000 0-dan 4406 11 000 0-dan 4407 11 160 0 4407 11 340 0 4407 11 390 0 4407 11 940 0 4407 11 990 0 | Bu tələbin 9.2-ci bəndinin tələbləri gözlənilməklə yaponiya şam uzunbığ böcəyi (Monochamus alternatus), kiçik küknar uzunbığ böcəyi (Monochamus sutor), karolina uzunbığ böcəyi (Monochamus carolinensis), şam gövdə nematodu (Bursaphelenchus xylophilus), iynəyarpaqların qəhvəyi ləkəliyi xəstəliyindən (Mycosphaerella dearnessii) azad olmalıdır. Materialların şam gövdə nematodunun (Bursaphelenchus xylophilus) rast gəlindiyi ölkələrdən idxalı zamanı fitosanitar sertifikatda aşağıdakılardan biri qeyd olunmalıdır: 1)“Materiallar şam gövdə nematodundan (Bursaphelenchus xylophilus) azad zona, azad istehsal yeri və (və ya) sahəsində istehsal edilmişdir.” və ya 2) “Materiallar 15 nömrəli Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartına uyğun olaraq istiliklə işlənilmişdir”. |
6 | Şam ağacının (Pinus) qabığı 4401 49 000 0-dan | Bu tələbin 9.2-ci bəndinin tələbləri gözlənilməklə Materiallar istiliklə işlənməli, bu barədə fitosanitar sertifikatda müvafiq qeyd edilməlidir. |
7 | 6 mm-dən az qalınlıqda işlənməmiş odun, yapışqan, istilik və təzyiqlə işlənmiş materiallar istisna olmaqla taxta yeşiklər, qutular, sandıqlar, barabanlar, taxta paletlər
4415 10 100 0-dan 4415 10 900 0-dan 4415 20 200 0-dan 4415 20 900 0-dan | Taxta qablaşdırma materialları 15 nömrəli Fitosanitar Tədbirlər üzrə Beynəlxalq Standartının 1 nömrəli əlavəsində qeyd edilmiş işlənmələrdən birinə tabe tutulmalı və həmin standartın 2 nömrəli əlavəsində qeyd edilmiş şəkildə markalanmış olmalıdır. |