Mühasibat uçotu subyekti tərəfindən faiz xərcləri yaradan öhdəliklərin inventarizasiyası zamanı nələrin mövcudluğunun yoxlanılmalı olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.
Mühasibat uçotu subyekti tərəfindən faiz xərcləri yaradan öhdəliklərin inventarizasiyası zamanı aşağıdakıların mövcudluğu yoxlanılmalıdır:
– qısamüddətli və uzunmüddətli bank kreditləri üzrə sənədlər;
– işçilər üçün qısamüddətli və uzunmüddətli bank kreditləri üzrə sənədlər;
– qısamüddətli və uzunmüddətli konvertasiya olunan istiqrazlar;
– qısamüddətli və uzunmüddətli borclar üzrə sənədlər;
– geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər;
– maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklərə görə sənədlər;
– törəmə (asılı) müəssisələrə qısamüddətli və uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər üzrə sənədlər;
– qısamüddətli və uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər üzrə sənədlər.