Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu işə baxılmanın nəticəsi üzrə qərar çıxarır.

Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki-Prosessual Məcəllədə əksini tapıb.

Qərarda aşağıdakılar göstərilməlidir:

– qərarı çıxarmış məhkəmənin adı;

– qərarın çıxarılma vaxtı və yeri;

– haqqında qərar çıxarılan iş;

– şikayət verən şəxs;

– təqdimat və ya protest verən şəxs;

– aşağı məhkəmələrin şikayət edilən aktlarına istinad;

– çıxarılan qərarın əsaslandığı qanun;

– protestə baxılmanın nəticəsi üzrə qəbul edilmiş qərar.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun qərarı onun sədri tərəfindən imzalanır və işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir.