Qeyri-kommersiya qurumunun və təhsil müəssisəsinin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi itirildikdə arxiv sənədlərinə əsasən onların dublikatı verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
Qurumun səlahiyyətli şəxsi tərəfindən imzalanmış və möhürü ilə təsdiq edilmiş ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
– sənədlərin itirilməsi barədə mətbuatda dərc edilmiş elan;
– dövlət rüsumunun ödənilməsi barədə sənəd (yalnız dövlət qeydiyyatı haqqında şəhadətnamə üçün);
– sənədin tapılmaması barədə müvafiq daxili işlər orqanı tərəfindən verilmiş arayış.