Yeni qeydiyyat orqanı müraciəti aldıqdan dərhal sonra sorğu ilə əvvəlki qeydiyyat orqanından qurumun reyestr məlumatlarını və arxiv sənədlərini alaraq qurumun yeni inzibati ərazi vahidinin qeydiyyat orqanında reyestrə daxil edilməsini təmin edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
Sorğu və sorğunun cavabı qeydiyyatın tezləşdirilməsini təmin etmək məqsədilə faks, elektron poçt və s. digər texniki vasitələrlə göndərilir.