Ukrayna Prezidenti Vladimir Zelenski Silahlı Qüvvələrin baş komandanı Valeri Zalujnini vəzifəsindən azad edib.

Heftelik.az-ın məlumatına görə, Ukrayna Prezidenti bu barədə “Telegram”-da paylaşımında bildirib.

Vladimir Zelenski bu vəzifəyə general-polkovnik Aleksandr Sırskinin təyin edildiyini açıqlayıb.


Ukrayna Prezidentiqeyd edib ki, Valeri Zalujnı gələcəkdə də Ukraynanın dövlət komandasının üzvü olacaq. O, ValeriZalujnıya Ukraynanın iki illik müdafiəsinə görə təşəkkür edib.
Vladimir Zelenski daha əvvəlki paylaşımında Valeri Zalujni ilə görüşərək Ukrayna Silahlı Qüvvələrinin nə kimi yeniliyə ehtiyac duyduğunu müzakirə etdiyini qeyd edib.
Valeri Zalujni isə bu gün “Telegram” hesabındakı paylaşımında 2022-ci ilin tapşırıqlarının 2024-cü ildəkilərdən fərqli olduğunu qeyd edib.