Qanunvericiliyə uyğun olaraq şəxsiyyəti təsdiq edən sənədin əldə edildiyi halda informasiya sisteminə fiziki şəxs olan müştərilərin (onların səlahiyyətli nümayəndələrinin) və hüquqi şəxs olan müştərilərin səlahiyyətli nümayəndələrinin fərdi identifikasiya nömrəsi (FİN), doğum tarixi və valyuta əməliyyatı fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə əlaqədar aparıldıqda VÖEN-i barədə məlumatlar daxil edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”də əksini tapıb.
FİN olmadıqda isə əlavə olaraq aşağıdakı məlumatlar daxil edilir:
– soyadı, adı, atasının adı;
– vətəndaşı olduğu ölkə(lər);
– şəxsiyyətini təsdiq edən sənədin növü və nömrəsi;
– qeydiyyatda olduğu ünvan.
İnformasiya sisteminə hüquqi şəxs, onun filialı, nümayəndəliyi və hüquqi şəxs olmayan digər qurum olan müştərilərin VÖEN-i, VÖEN-i olmadıqda aşağıdakı məlumatlar daxil edilir:
– adı, təşkilati-hüquqi forması;
– qeydiyyata alındığı ölkə.