Zərərli orqanizmdən azad zona hər hansı bir zərərli orqanizmin olmamasının elmi əsaslandırıldığı və daimi nəzarətdə saxlanılan zonadır.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasına idxal olunan və Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallara dair fitosanitar norma və qaydalar”ında əksini tapıb.
Zərərli orqanizmdən azad istehsal yeri hər hansı bir zərərli orqanizmin olmamasının elmi əsaslandırıldığı və rəsmi daimi nəzarətdə saxlanılan istehsal yeri, zərərli orqanizmdən azad istehsal sahəsi hər hansı bir zərərli orqanizmin olmamasının elmi əsaslandırıldığı və daimi nəzarətdə saxlanılan istehsal yerinin müəyyən bir hissəsidir.
Fitosanitar idxal tələbləri isə fitosanitar karantin nəzarətində olan yüklər üçün idxal edən ölkənin müəyyənləşdirdiyi xüsusi tələblərdir. karantin nəzarətində olan material – zərərli orqanizmlərin məskunlaşmasına (gizlənməsinə) və yayılmasına şərait yaradan, itosanitar tədbirlərin aparılmasını tələb edən (xüsusilə beynəlxalq yükdaşımalar zamanı) bitki və bitkiçilik məhsulları, onların saxlanma yeri, qablaşdırma materialı, nəqliyyat vasitələri, torpaq və hər hansı digər orqanizm, obyekt, yükdür.