Birmərtəbəli karkas binaların örtükləri üçün əsasən ən sadə statik həll olunan konstruksiyalar tətbiq olunmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.

Kəsilməz örtük sisteminin tətbiqinin məqsədəuyğunluğu bütün hallarda əsasın qeyri-bərabər deformasiyalarına  uyğun statik hesablanmalarla əsaslandırılmalıdır. Qatlanmış, nazikdivarlı (tağtavan-qabıq) fəza konstruksiyalarının və s. örtük kimi tətbiqi əsasın qeyri-bərabər deformasiyalarının təsirləri, texnoloji avadanlıqların, asma və ya körpülü kranların dinamik təsirləri, bir sıra hallarda binanın düzəldilmə zərurəti və digər faktorlar nəzərə alınmaqla statik hesablamalar ilə əsaslandırılmalıdır.