Valyuta əməliyyatları barədə vahid informasiya sisteminə valyuta mübadiləsi əməliyyatlarına dair hansı məlumatlar daxil edildiyi açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu,  “Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”də əksini tapıb.

İnformasiya sisteminə valyuta mübadiləsi əməliyyatlarına dair aşağıdakı məlumatlar daxil edilir:

– əməliyyatın icra saatı və tarixi;

– valyutanı satan/alan valyuta nəzarəti agentinin və onun struktur bölməsinin adı və ünvanı;

– valyutanın satış/alış forması (nağd/nağdsız);

– valyutanın satış/alış üsulu (kassa/ödəniş terminalı/mobil tətbiq/internet saytı/digər);

– satılan/alınan məbləğ və valyutası;

– müştəri tərəfindən mübadilə edilən vəsaitin mənbəyini təsdiq edən sənədin adı, olduğu təqdirdə həmin sənədin tarixi və nömrəsi (qanunvericiliyə uyğun olaraq belə sənədin əldə edildiyi halda).