Qeyri-kommersiya qurumlarının yenidən təşkil edilməsi, yaxud ləğv olunması qadağan edildikdə bu barədə məhkəmə qərarı Ədliyyə Nazirliyinə daxil olduğu gündən 5 (beş) gün müddətində hüquqi şəxslərin dövlət reyestrində müvafiq qeydlər aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
Qeyri-kommersiya qurumu müəyyən fəaliyyət növü ilə məşğul olma hüququndan məhrum edildikdə bu barədə məhkəmə qərarının surəti Ədliyyə Nazirliyinə daxil olduğu gündən 10 (on) gün müddətində hüquqi şəxslərin dövlət reyestrində müvafiq qeydlər aparılaraq 2 (iki) gün müddətində icra məmuruna məlumat verilir.