Dublikat verildikdə sənədin üzərində “Dublikat” sözünü əks etdirən ştamp vurulur.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
Ərizəyə əsasən təsis sənədlərinin (nizamnamənin (və ya əsasnamənin), dövlət qeydiyyatı haqqında şəhadətnamənin və s.) surətləri də verilir. Sənədlərin surəti verildikdə həmin sənədin üzərində iri hərflə “Surət” sözünü əks etdirən ştamp vurulur.