Faiz xərcləri yaradan öhdəliklər inventarizasiya olunarkən komissiya həmin öhdəliklərin sənədlərinə baxış keçirməli və inventarizasiya siyahılarında onların tam adını, əldə edilməsi tarixini, təyinatını, miqdarını, məbləğini və digər xüsusi göstəricilərini qeyd etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.
Faiz xərcləri yaradan öhdəliklər inventarizasiyası zamanı komissiya mühasibat uçotu subyektinin həmin öhdəliklərin mövcudluğunu yoxlayır.