Xarici dövlətin qeyri-hökumət təşkilatı digər təşkilata birləşdikdə, qoşulduqda və ya özü bölündükdə, təşkilati-hüquqi formasını dəyişdikdə onun Azərbaycan Respublikasının ərazisindəki filialı və ya nümayəndəliyi ləğv edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.

Xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının nümayəndəliklərinin və ya filiallarının dövlət qeydiyyatı ilə əlaqədar bağlanmış sazişin qüvvədə olma müddətinin uzadılmaması həmin filial və ya nümayəndəliyin ləğv edilməsi üçün əsasdır. Sazişin qüvvədə olma müddəti uzadılmadıqda xarici dövlətin qeyri-hökumət təşkilatının nümayəndəliyi və ya filialı qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarılır.