Karkas binaların konstruktiv həlləri yer səthinin deformasiyalarının hesablama qiymətlərindən, tikinti meydançasının mühəndis-geoloji şəraitindən və obyektlərə olan istismar tələblərindən asılı olaraq seçilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İşlənmiş ərazilərdə və batan qruntlarda bina və qurğular. Layihələndirmə normaları”nda əksini tapıb.
Çoxmərtəbəli karkas binalar kombinə edilmiş və rabitəli sistem şəklində layihələndirilməlidir. Çoxmərtəbəli karkas binaların konstruktiv sistemləri seçilərkən sütunları iriləşdirilmiş şəbəkəli karkaslara üstünlük verilməlidir.