Valyuta əməliyyatları barədə vahid informasiya sisteminin məlumat bazasının mütəmadi optimallaşdırılmasını təşkil etmək informasiya sistemi sahibinin (Mərkəzi Bank) vəzifələri sırsındadır.

Heftelik.az-ın məlumatına görə, bu,  “Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”də əksini tapıb.

Bu vəzifələr sırasında informasiya sistemindəki dəyişdirilmiş və ya ləğv olunmuş məlumatların dərhal bərpa edilə bilməsi imkanını təmin etmək, informasiya sisteminin məlumat bazasının ehtiyat nüsxəsinin müəyyənləşdirilmiş qaydada saxlanılmasını təmin etmək, müəyyən edilmiş qrafik üzrə, eləcə də zərurət əsasında informasiya sisteminin yerləşdiyi server və şəbəkə avadanlığına profilaktik baxış keçirilməsini təmin etmək, aşkar olunmuş nasazlıqların aradan qaldırılmasını təmin etmək və sistemin komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini və yenilənməsini, habelə təkmilləşdirilməsi üzrə profilaktik işlərin görülməsini təmin etmək də əksini tapıb.