Qeyri-hökumət təşkilatı və xarici dövlətlərin qeyri-hökumət təşkilatının nümayəndəliyinin və ya filialının fəaliyyəti bərpa edildikdə bu barədə məlumatın qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil edilməsi üçün 3 gün ərzində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə ərizə ilə müraciət edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
Ərizədə qurumun fəaliyyətinin bərpa edildiyi tarix, fəaliyyətin bərpa edilməsi barədə qərarı qəbul etmiş orqan göstərilməlidir.