Tranzit daşınan yük açılmadan, bölünmədən, digər yüklərlə qarışdırılmadan, yenidən qablaşdırılmadan ölkə ərazisindən keçən və fitosanitar tədbirlərə məruz qala bilən yükdür.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasına idxal olunan və Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallara dair fitosanitar norma və qaydalar”ında əksini tapıb.
Təkrar ixrac edilən yüklər ölkəyə idxal olunduqdan sonra oradan ixrac edilən yüklər,
fitosanitar idxal tələbləri fitosanitar karantin nəzarətində olan yüklər üçün idxal edən ölkənin müəyyənləşdirdiyi xüsusi tələblərdir.
Fumiqasiya bütöv yükün qaz halında təsir edən zəhərli kimyəvi maddələrlə işlənməsi, işlənmə zərərli orqanizmlərin məhvi, inaktivləşdirilməsi və ya təmizlənməsi, habelə sterilləşdirilməsi və devitalizasiyası üzrə rəsmi təsdiq edilmiş prosedur, əkin və səpin materialları əkin, səpin və yerini dəyişdirmək üçün nəzərdə tutulan və ya torpaqda əkilmiş olan bitkilər, taxta qablaşdırma materialları malın dəstəklənməsi, mühafizəsi və ya qablaşdırılması üçün istifadə edilən oduncaq (bərkidici oduncaq da daxil olmaqla) və ya oduncaq məmulatları (kağız məmulatları istisna olmaqla) olur.