Gəncədə intihar hadisəsi baş verib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Bağman adlanan yaşayış massivində qeydə alınıb.
2012-ci il il təvəllüdlü A.M. yaşadığı evdə özünü asıb. Azyaşlının meyiti yaxınları tərəfindən asılmiş vəziyyətdə tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Azyaşlı Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin VI sinif şagirdi olub.
Gəncə – Daşkəsən Regional Təhsil İdarəsi hadisə ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, A.M. bu gün günorta saatlarında yaşadığı evdə özünə qəsd edərək intihar edib. İntiharın səbəbləri məlum deyil. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.