Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə yenidən baxıla bilər.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki-Prosessual Məcəllədə əksini tapıb.
Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə məhkəmə aktlarına yenidən baxmaq üçün əsaslar aşağıdakılardır:
– Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının və ya məhkəməyə müraciət etmək hüququnu pozan məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına uyğun olmadığı hesab edilməsi;
– İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının məhkəmələrinin işə baxarkən “insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın müddəalarını pozduğu müəyyən edilməsi.