Ərzaqlıq kartofda, digər kök və gövdə yumrularında torpaq qalıntısı məhsulun faktiki çəkisinin 1%-dən çox olmamalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasına idxal olunan və Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallara dair fitosanitar norma və qaydalar”ında əksini tapıb.
Kartof və digər tərəvəz bitkiləri Asiya pambıq sovkası (Spodoptera litura), Amerika yonca minalayıcısı (Liriomyza trifolii), Cənubi Amerika yarpaq lağımlayıcısı (Liriomyza huidobrensis), tərəvəz yarpaq lağımlayıcısı (Liriomyza sativae), pambıq ağqanadlısı (Bemisia tabaci), pomidor lağımlayıcı güvəsi (Tuta absoluta), qərb çiçək tripsi (Frankliniella occidentalis), palma tripsi (Thrips palmi), Şərq yemiş milçəyi (Bactrocera cucurbitae), Qvatemala kartof güvəsi (Tecia solanivora), solğun kartof nematodu (Globodera pallida), qızılı kartof nematodu (Globodera rostochiensis), kartof güvəsi (Phthorimaea operculella), Kolumbiya kök fır nematodu (Meloidogyne chitwoodi), Kolumbiya yalançı kök fır nematodu (Meloidogyne fallax), paxlada bakterial yanıqlıq (Xanthomonas axonopodis pv. alii), nizəşəkilli nematod (Xiphinema rivesi), çuğundur damarlarının nekrotik saralma virusu (Beet necrotic yellow vein benyvirus), kartof yumrularının milşəkilliliyi viroidi (Potato spindle tuber viroid), kartofun and latent virusu (Potato Andean latent virus), kartof (yumrularının) sürməsi (Thecaphora solani), balqabağın bakterial ləkəliliyi (Acidovorax citrulli), kartofun qonur çürüməsi (Ralstonia solanacearum) və kartof xərçəngindən (Synchytrium endobioticum) azad olmalıdır.