Nikah münasibətlərindən əmələ gələn işlər məlum olub.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki-Prosessual Məcəllədə əksini tapıb.
Nikah münasibətlərindən əmələ gələn məhkəmə işlərində Azərbaycan Respublikasının məhkəmələri aşağıdakı hallarda beynəlxalq səlahiyyətə malikdirlər:
– əgər ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa və ya nikah bağlanarkən Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa;
– əgər iddia verilmiş ər və yaxud arvadın Azərbaycan Respublikasında adətən olduğu yeri vardırsa;
– Azərbaycan Respublikasına gəldiyi vaxtdan ər-arvaddan biri vətəndaşlığı olmayan şəxsdirsə.