Pul vəsaitləri və onların ekvivalentlərinin inventarizasiyasına aydınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.
İnventarizasiya başlananadək maddi-məsul şəxslər aşağıda göstərilən sənədlər əsasında mühasibatlıqda dürüstləşdirmə işləri aparmalı və öhdələrində olan pul vəsaitlərinin və onların ekvivalentlərinin qalıqlarını üzləşdirmə qaydasında dəqiqləşdirməlidir:
– əmlakın (qiymətlilərin) uçot kartları;
– aktivlər üzrə uçot kitabı;
– pul vəsaitləri və onların ekvivalentlərinin məsuliyyətli mühafizəyə götürülməsinə dair sənədlər.