Qazaxıstan vətəndaşlarına yeni növ koronavirus infeksiyası və qızılcadan qorunmaq üçün yenidən maska ​​taxmaq tövsiyə olunur.

Heftelik.az-ın Qazaxıstan KİV-nə istinadən  verdiyi məlumata görə, bu barədə ölkənin Baş Dövlət Sanitar Həkimi Ayjan Esmaqambetovanın göstərişində bildirilib.

Qərarda hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması üçün profilaktik tədbirlərin gücləndirilməsinin vacibliyi vurğulanır.