Bank direktoru ailəsi ilə birlikdə həlak olub.

Heftelik.az-ın məlumatına görə, bu barədə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru, əvvəllər Nigeriyanın maliyyə naziri vəzifəsində çalışmış Nqozi Okonjo-İveala bildirib.

Nigeriyanın Access Bankının baş icraçı direktoru Herbert Viqve, həyat yoldaşı və oğlu ABŞ-da Kaliforniya-Nevada sərhədində helikopterin qəzaya uğraması nəticəsində həlak olublar.

Bundan əvvəl NBC telekanalı məlumat vermişdi ki, Eurocopter EC 130 helikopteri Kaliforniyada Nevada sərhədi yaxınlığında Nipton şəhəri yaxınlığında qəzaya uğrayıb. Helikopterdə 6 nəfər olub, onlardan heç biri sağ qalmayıb.