Qeyri-kommersiya qurumu ləğv edildikdə qeyri-kommersiya qurumları dövlət reyestrindən çıxarılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.

Qeyri-kommersiya qurumunun ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir, Mülki Məcəlləyə uyğun olaraq ləğvetmə qaydası və müddətləri müəyyənləşdirilir və ləğvetmə prosesi başlayır.