İşdə iştirak edən şəxslər ərizənin surəti onlara rəsmi qaydada verildikdən sonra 20 gündən gec olmayaraq yazılı etirazlarını göndərməyə haqlıdırlar.
Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki-Prosessual Məcəllədə əksini tapıb.
Məhkəmə tərkibi ərizəyə baxaraq aşağıdakı qərardadlardan birini qəbul edir:
– ərizənin məzmununa dair Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilmədikdə, ərizənin qaytarılması haqqında (ərizə vermiş şəxs onun qaytarılmasına səbəb olmuş nöqsanları aradan qaldırdıqdan sonra yenidən ərizə verə bilər);
– əsaslar olmadıqda, ərizənin rədd edilməsi haqqında;
– ərizənin məzmununa dair Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edildikdə və nəzərdə tutulmuş əsaslar olduqda, ərizənin iş ilə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsi haqqında.
Nəzərdə tutulmuş qərardadlardan şikayət verilə bilməz.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu yeni açılmış hallar üzrə məhkəmə aktına yenidən baxılması haqqında ərizəyə yazılı icraat qaydasında baxır.