Qeyri-kommersiya qurumunun ləğvi bu barədə qeydin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, qeyri-kommersiya qurumu isə mövcudluğuna son qoymuş sayılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
Dövlət reyestrindən çıxarılmış qurumlar fəaliyyət göstərə bilməz. Siyasi partiyanın ləğvi barədə qeyd hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi tarixdən 3 gün müddətində Ədliyyə Nazirliyi öz rəsmi internet saytında siyasi partiyanın ləğvi barədə məlumatı yayımlayır.