İnventarizasiyanın nəticələrinin tənzimlənməsi prosesinə aydınlıq gətirilib.

Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.

İnventarizasiya zamanı mövcud olan aktivlərin və öhdəliklərin mühasibat uçotu məlumatlarından kənarlaşan məbləğləri aşağıdakı qaydada tənzimlənir:

– aktivlər üzrə artıqgəlmələr, onların səbəbləri və təqsirkar şəxslər müəyyənləşdirməklə həmin aktivlər istismarda olduğu yerdə maddi məsul şəxsin hesabına mədaxil edilir və onların məbləğləri mühasibat uçotu subyektinin gəlirinə aid edilir;

– müvafiq normativ sənədlərdə nəzərdə tutulmuş təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələr və itkilər mühasibat uçotu subyektinin xərcinə aid edilir;

– təyin edilməsi mümkün olan, lakin müvafiq normativ sənədlərdə nəzərdə tutulmayan aktivlər üzrə təbii itki normaları mülkiyyətçi tərəfindən bu aktivlərə oxşar aktivlərin normalarına uyğun olaraq müəyyən edilir;

– aktivlər üzrə əskikgəlmələr və itkilərin (habelə təbii itki normalarından artıq xarabolmalar, əskikgəlmələr və itkilər də daxil olmaqla) səbəbləri və təqsirkar şəxslər müəyyənləşdirilməklə onların məbləğləri (əskikgəlmələr və itkilər müəyyən etdiyi vaxtda bazar qiymətləri ilə) təqsirkar şəxslərin hesabına yazılır.

– Təqsirkar şəxsləri müəyyən etmək mümkün olmadıqda, əskikgəlmələrin və itkilərin məbləğlərinin mühasibat uçotu subyekti tərəfindən təqsirkar sayılan şəxsdən tutulması məhkəmə tərəfindən ləğv edildikdə və ödənilməsi mümkün olmayan (ümidsiz) əskikgəlmələr və itkilər müəyyənləşdirildikdə həmin məbləğlər mühasibat uçotu subyekti rəhbərinin yazılı sərəncamına əsasən xərcə aid edilir;

– Maddi-məsul şəxslərin təqsiri olmadan yenidən çeşidləmə zamanı çatışmazlıq istiqamətində qiymətlilərin dəyərində yaranmış fərqlərin təqsirkar şəxslərə aid edilməməsi səbəblərinə dair inventarizasiya protokollarında müfəssəl izahatlar verilməlidir.