Azərbaycan Respublikasının ərazisinə gətirilən karantin nəzarətində olan materiallar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 29 dekabr tarixli 280 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında aşkar edilməyən, məhdud dairədə yayılmış və ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilən zərərli orqanizmlərin siyahısı”nda adları qeyd edilən orqanizmlərdən azad olmalı və bu qaydalara tabe tutulmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasına idxal olunan və Azərbaycan Respublikasının ərazisindən tranzit daşınan karantin nəzarətində olan materiallara dair fitosanitar norma və qaydalar”ında əksini tapıb.

Nazirlər Kabinetinin 2016-cı il 17 iyun tarixili 231 nömrəli Qərarı ilə təsdiq edilmiş “Baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid malların Vahid Siyahısı”nda qeyd edilən fitosanitar nəzarətinə aid olan mallar Azərbaycan Respublikasının ərazisinə idxal edilən zaman ixrac və ya təkrar ixrac edən ölkənin səlahiyyətli orqanı tərəfindən verilmiş fitosanitar sertifikat ilə müşayiət olunmalıdır.