Sədrlik edən məhkəmə iclasını açır və hansı işə, kimin kassasiya şikayəti ilə baxıldığını elan edir, işdə iştirak edən şəxslərdən kimin gəldiyini aydınlaşdırır və gəlmiş şəxslərin şəxsiyyətini müəyyən edir, həmçinin vəzifəli şəxslərin və vəkillərin səlahiyyətlərini yoxlayır.

Hüquqşünas Yaşar Ağazadə Heftelik.az-a bildirib ki, bu, Mülki-Prosessual Məcəllədə əksini tapıb.

Məhkəmə tərkibi elan edilir. Məhkəmə iclasına gəlmiş işdə iştirak edən şəxslərin müraciəti ilə məhkəmə onların hüquq və vəzifələrini izah etməlidir.