Mühasibat uçotu registrlərində çatışmazlıqlar aşkar olunarkən müvafiq düzəlişlər və dürüstləşdirmələr aparılmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nda əksini tapıb.

Uçotda olmayan və inventarizasiya zamanı və yaxud mühasibat uçotu registrlərində xarakteristikası barədə düzgün məlumat göstərilməyən faiz xərcləri yaradan öhdəliklər, komissiya tərəfindən onların müvafiq göstəriciləri düzgün əks etdirməklə uçot kitablarına daxil edilməlidir. Uçotda olmayan və inventarizasiya zamanı aşkar edilən mühasibat uçotu subyektinin balansına daxil edilməsi məqsədi ilə müvafiq aktla rəsmiləşdirilir.