Ukraynanın xarici işlər naziri Dmitri Kulebanı küçədə it dişləyib.
Heftelik.az-ın məlumatına görə, nazir bu barədə “İnstaqram”-da fotolar paylaşıb.
Dmitri Kuleba ev heyvanlarını ipdə saxlamağa çağırıb: “İtləri sevmək lazımdır, həm də iplə saxlamaq lazımdır. Kəmərsiz gəzdirilən iri it gəzinti zamanı mənimkimə hücum etdi, həm də məni dişlədi”.
Qeyd edək ki, Dmitri Kulebanın üç iti var. Bunlar Qustav, Benji və 2022-ci ildə Mariupoldan xilas edilən Marikdir.