Qeydiyyat sənədlərinin surətinin əsli ilə düzgünlüyü və ya dublikatı qeydiyyat orqanının rəhbəri tərəfindən imzalanır və möhürlə təsdiq edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
Qeyri-kommersiya qurumunun və təhsil müəssisəsinin nizamnaməsində (və ya əsasnaməsində) yol verilmiş düzəlişlərin həqiqiliyi qurumun qeydiyyat orqanında saxlanılan nizamnaməsindəki (və ya əsasnaməsindəki) düzəlişlərlə eynilik təşkil etdikdə qeydiyyat orqanı tərəfindən təsdiq edilir.