Qurumun adının dəyişməsi faktı qeydiyyata alındıqda ona yeni qeydiyyat nömrəsi verilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.
Adın dəyişməsi faktı müvafiq şəhadətnamənin və dövlət reyestrindən çıxarışın verilməsi ilə təsdiq edilir. Qeyri-kommersiya qurumuna d dəyişmə ilə bağlı şəhadətnamə verildikdə, əvvəlki qeydiyyat şəhadətnaməsi qeydiyyat orqanı tərəfindən geri alınır, üzərində diyircəkli qələmlə xətt çəkilərək arxiv sənədlərinə tikilir. Həmçinin qeyri-kommersiya qurumunun əvvəlki adını özündə əks etdirən möhür də təhvil alınır, sənədin icraçısı və idarənin rəhbəri tərəfindən imzalanmış müvafiq akt əsasında ləğv edilir.