Qurumun fəaliyyətinin bərpa edilməsi barədə qərar (vaxtından əvvəl bərpa edildiyi halda qərarda bunun səbəbi göstərilməlidir) ərizəyə əlavə edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nda əksini tapıb.

Eyni zamanda ərizəyə qurumun fəaliyyətinin bərpa edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlandırılmasını təsdiq edən sənəd əlavə olunmalıdır.